Haqqımızda Reklam
10 
Fev
2019
07:47
10
0
442

Azərbaycanda yeni avtomobil zavodunun təməli qoyuldu (VİDEO)

Fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində Azərmaş ASC şirkətinin Rusiya Federasiyasının “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. 24News.ge xəbər verir ki, tədbirdə Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər. Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun təməlini qoyan İqtisadiyyat naziri Şahin Mustafayevə və Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinə məlumat verilib ki, istehsal gücü ildə 1000 ədəd avtomobil olacaq zavodda 100 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Dəyəri 14 mln. manat olan layihə üzrə müvafiq anlaşma memorandumları ötən ilin aprelində imzalanıb, noyabr ayında isə avtomobil zavoduna Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib. Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.Sonra nazirlər zavodda istehsal edilməsi nəzərdə tutulan avtomobil modelləri ilə və Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar. Zavodun tikintisi 2020-ci ildə başa çatacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989