Haqqımızda Reklam
10 
Fev
2019
07:39
6
3
726

Gömrükçülər siqaret qutusunda narkotik tapdı (FOTO)

Gömrükçülər siqaret qutusunda narkotik vasitə aşkarlayıb. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilib. Ölkəmizdən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun idxal piyada keçidinə daxil olan Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı vətəndaşa məxsus “Marlboro” markalı siqaretinin birinin filterinin çıxarıldığı və yerinə kağız bükülü qoyulduğu, digər siqaretində eyni qaydada olduğu və yarıya qədər çəkildiyi diqqət çəkib. Baxış zamanı 2 ədəd siqaretin içərisində təqribi çəkisi 2 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989