Haqqımızda Reklam
09 
Fev
2019
15:26
4
2
535

Gürcüstan Sərhəddini qanunsuz keçmək istəyən Banqladeş, Hindistan və Yəmən vətəndaşları həbs olundu (FOTO)

Sərhəddi qanunsuz keçmək faktı ilə 3 nəfər Banqladeş, 3 nəfər Hindistan və 1 nəfər Yəmən vətəndaşı həbs olunub. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, DİN-in Sərhəd Polis Əməkdaşları Qırmızı Körpü sərhəd keçid məntəqəsi və Sadaxlı sərhəd müdafiə bölgəsində apardıqları istintaq əməliyyatları çərçivəsində: Sərhəddi qanunsuz olaraq qrup şəklində keçmək istəyən 3 nəfər Banqladeş Xalq Respublikası vətəndaşı, 3 nəfər Hindistan Respubliasının vətəndaşı və 1 nəfər Yəmən Respublikasının vətəndaşını həbs edib. İstintaq müəyyən edib ki, həbs olunan şəxslər Ermənistan tərəfdən gələrək Gürcüstan sərhəddini qanunsuz keçiblər. Deyə DİN-in məlumatında qeyd olunub. İstintaq Gürcüstan Dövlət Sərhəddini qrup şəkildə qanunsuz keçmə ittihamı ilə CM 344-cü maddəsinin A altbəndi ilə davam etdirilir. Maddə, 4 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989