Haqqımızda Reklam
09 
Fev
2019
14:43
5
4
1613

Kaspidə 60 yaşlı kişi yetkinlik yaşına çatmayan uşağı... (VİDEO)

Kaspi rayonunda yetkinlik yaşına çatmayan uşağa qarşı pozğun hərəkat etmək faktına görə 60 yaşlı kişi həbs edilib. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, DİN-in Şida Kartli polis departamentinin Kaspi rayon əməkdaşları aparılan istintaq əməliyyatları çərçivəsində yetkinlik yaşına çatmayan uşaqla əxlaqsız hərəkət etmək faktına görə, 1959-cu il təvəllüdlü R.B-nı həbs edib. Deyə bidirilib DİN-in məlumatında DİN mətbuat xidmətindən interpressnews-a verilən məlumata görə, həbs olunan şəxs 60 yaşlı kişi, öz evində qonşusunun uşağına qarşı seksual tərzli pozğun hərəkətlər edib: Həbs olunan şəxs isə günahını boynuna alıb. İstintaq 16 yaşına çatmayan şəxslə pozğun hərəkət etmək ittihamı ilə Gürcüstan CM 141-ci maddəsinin 1-ci hissəsi ilə davam etdirilir. Qeyd olunan cinayət 5 ildən 7 ilə qədər azadlıqdan məhrum etmək cəzası nəzərdə tutur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989