Haqqımızda Reklam
09 
Fev
2019
08:38
13
0
674

Rustavi - Tbilisi avtobus xətti üç istiqamətdən hərəkət edəcək

Rustavi şəhər bələdiyyəsi Rustavi -Tbilisi istiqamətində hərəkət edəcək avtobus xəttini təsdiq edib. 24News.ge xəbər verir ki, bu barədə məlumatı birinci televiziya verib. Rustavi Icra Hakimiyyətinin təyinatına əsasən Rustavidən Tbilisiyə hərəkət edəcək avtobuslar üç fərqli lokasiyada yerləşəcək: Rustavi dəmir yolu dayanacağı, Qəhrəmanlar memoriyalının yerləşdiyi ərazidən və şəhərin çıxışından. Tbilisidə isə avtobusların çıxış və son dayanacaq yeri İsani metrosu ərazisi olacaqdır. Avtobusların hərəkət və dayanacaq istiqamətləri artıq təsdiq edilsə də hələki gediş haqqı və son hərəkət saatı haqqında heç bir məlumat verilmir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989