Haqqımızda Reklam
09 
Fev
2019
08:29
39
7
5068

Sürücülük vəsiqəsinin kateqoriya dəyişikliyinə görə Xidmət Agentliyində xüsusi rejim

Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin yaydığı məlumata görə, sürücülük vəsiqələrinin C, D və E kateqoriyalarının dəyişdirilməsi səbəbindən Xidmət Agentliyi xüsusi iş rejiminə keçir. 24News.ge xəbər verir ki, sürücülük vəsiqələrinin müəyyən kateqotiyalarının dəyişdirilməsinə artan tələbat səbəbindən Xidmət Agentliyinin bütün mərkəzləri iş rejimini artıraraq bazar ertəsindən şənbə günü daxil olmaqla, bazar ertəsindən cümə gününə qədər 09:30 dan 20:00-a qədər, şənbə günü isə 09:30 dan 18:00 a kimi fəaliyyət göstərəcəkdir. Qeyd edək ki, 2014 cü ilin 1 martına qədər verilmiş C, D, və E kateqoriyalı və aşağı kateqoriyalı sürücülük vəsiqələrinin vaxtı qanunla müəyyən edilmiş qaydaya görə 2018 ci ilin 1 sentyabrına qədər qüvvədə idi. Bu səbəbdən vətəndaşlar tərəfindən vəsiqələrin dəyişdirilməsinə artan marağa görə nazirlik vəsiqələrin dəyişmə vaxtını bir neçə ay uzatmaq qərarına gəlmişdir. Onuda qeyd edək ki, dəyişikliklər B kateqoriyalı sürücülük vəsiqələrinə şamil edilmir. Bundan başqa BC, BD,BCD və aşağı kateqoriyaları olan lakin, hal-hazırda yalnız B kateqoriyasından istifadə edən vətəndaşlara da dəyişikliklər şamil edilmir. Qeyd olunan vətəndaşlar mövcud vəsiqələrini 1 mart tarixindən sonra da imtahansız dəyişdirə biləcəklər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989