Haqqımızda Reklam
07 
Fev
2019
22:05
11
3
540

Kaxetidə rüşvət alma faktı ilə 5 nəfər həbs olunub

Kaxetidə rüşvət almaq iddihamı ilə 1 nəfər - rüşvət vermək iddihamı ilə isə 4 nəfər həbs edilib. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Dövlət Təhlükəsizlik Xidmətinin rüşvətlə mübarizə agentliyi yayıb. Ətraf mühitə nəzarət departamemtinin, Kaxeti xüsusi operativ xidmətinin rəhbəri Zakaria Kinkladze - DTX-in Rüşvətlə Mübarizə Agentliyinin hakiminin qərarı əsasında həbs edilib. Həmçinin qanunsuz hərəkət etmək məqsədi ilə rüşvət vermək faktı ilə bağlı ŞPS Gremi-nin qurucusu Qocha P., ŞPS „Kistauri“-nin qurucusu və direktoru Ramaz L., Giorgi A. və vətəndaş Vaja P. həbs ediliblər. imedinews-ə həbs olunanların yaxınları bildiriblər ki, Gocha və Vaja P. qardaşları Axmeta Bələdiyyəsində ağac-kol məhsullarının emalı ilə məşğul olurlar. Həbs olunan şəxsin qızı Natia Kinkladze atasının hansı səbəbdən həbs olunduğunu bilmədiklərini bdeyib. Məlumata əsasən DTX maddi sübut olaraq rüşvət kimi verilmiş 3.000 ABŞ dolları və 8.000 larini aşkar edib.. Rüşvət almaq və rüşvət vermək faktı ilə Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci və 339- cu maddənin 2 -ci hissələri ilə cinayət işi başladılıb. Qeyd olunan maddələr 6 dan 9 və 4 dən 7 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989