Haqqımızda Reklam
07 
Fev
2019
21:40
3
2
1044

Salome Zurabişvilinin gəlirləri və əmlakı açıqlandı

24News.ge Azadlıq radiosuna istinadən xəbər verir ki, 2018 ci ilin bəyannaməsinə əsasən, Salome Zurabişvili il ərzində Fransa yığcamlı pensiya məvacibindən 39,847,55 avro qazanır. Buda təxminən ayda 3 320 avroya bərabərdir. Məhz Fransa pensiyasına arxalanaraq xanım Zurabişvili Gürcüstan Prezidentliyinin 13 000 larilik aylıq maaşından imtina etmişdir. Fransa pensiyasından başqa Salome Zurabişvilinin 2018 ci il gəlirləri aşağıdakılardan ibarətdir: Gürcüstan Prezidenti postunda (16.12.2018 ci ildən 31.12.2018 ci ilə dək) -2 891.42 lari. Gürcüstan Parlamentinə üzvlük ərzində (01.01.2018 ci ildən 16.12.2018ci ilə dək)- 55 128 lari; Bina kirayə vermək yolu ilə - 29 000 avro. Daşınan və daşınmaz əmlakı Fransanın paytaxtında ev 60 kv.m; Tbilisidə yaşayış evi - 126,33 kv.m; Tbilisi torpaq ərazisi 235 kv.m 2016 cı ildə 17 000 dollar dəyərində Hyundai 2012 avtomobili alıb. Banklarda olan pul hesabları: Societe generale Paris də aktiv olan hesabı 8 394.64 avro; Gürcüstan bankı 35 594 dollar; Gürcüstan bankı qüvvədə olan maaş hesabında 9 016.46 lari; Gürcüstan bankı aktiv hesabda 2 811 avro.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989