Haqqımızda Reklam
25 
Dek
2019
21:56
5
3
974

Marneuli rayonunun Kirəс-Muğanlı kəndinə təbi qaz verilib (FOTO)

Bu gün Marneuli rayonunun Kirəс-Muğanlı kəndinə təbi qaz verilib. 24News.ge xəbər verir ki, qazlaşdırma layihəsi çərçivəsində 327 ailə təbii qazdan istifadə imkanı əldə edib. Qazpaylayıcı şəbəkənin inşasını “SOCAR Georgia Gas” şirkəti həyata keçirib. Tikinti işləri çərçivəsində 25 kilometr uzunluqda qaz xətti çəkilib. Yeni şəbəkənin açılış mərasimində “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov, Marneuli meri Zaur Darğallı, kənd sakinləri və digər şəxslər iştirak ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989