Haqqımızda Reklam
06 
Fev
2019
21:14
6
1
519

Sabiq prezident Giorgi Marqvelaşvili pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb

Sabiq prezident Giorgi Marqvelaşvili pedaqoji fəaliyyətlə məşğul olacaq. O, artıq müəllimlik fəaliyyətinə qayıdıb. 24News.ge xəbər verir ki, 49 yaşlı fəlsəfə doktoru G.Marqvelaşvili Gürcüstan İctimai Elmlər İnstitutunda (GİPA) “siyasət” mövzusunda məruzə oxuyacaq. Məqsəd tələbələrə Gürcüstan siyasətinin nəzəri və təcrübi əsasları, siyasi texnologiyalar barədə məlumat vermək, onlarda siyasi fikri formalaşdırmaqdır. Məlumat üçün qeyd edək ki, GİPA 1994-cü ildə yaradılıb. İnstitut bakalavr və magistratura pillələri üzrə təhsil verir. İnstitutda ictimai əlaqələr, yerli özünüidarəetmə, beynəlxalq münasibətlər və beynəlxalq hüquq, jurnalistika üzrə PhD doktorluq müdafiə sistemi də var. G.Marqvelaşvili fasilələrlə - 2000-2006-cı və 2010-2012-ci illərdə GİPA-nın rektoru olub. 2013-cü ildə “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəyi ilə prezident seçilib. 2018-ci ilin dekabrında Salome Zurabişvili Prezident seçildikdən sonra fəal siyasətdən uzaqlaşıb. Mənbə Azərtac

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989