Haqqımızda Reklam
12 
Dek
2019
18:37
1
7
463

Nika Melianın deputat mandatı dayandırılıb

Müxalif "Vahid Milli Hərəkat" partiyasının liderlərindən biri olan Nika Melianın deputat mandatı dayandırılıb. 24News.ge xəbər verir ki, az bir müddət əvvəl parlamentdə millət vəkilləri səsvermə nəticəsində bu qərara gəlib. N.Melianın mandatının dayandırılmasını lehinə 88 deputat versədə əleyhinə səs verən olmayıb. Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi müxalif lider Nika Melia haqqında 2012-ci ildə vəzifəsindən sui-istifadə və Bidzina İvanişviliyə məxsus "Kartu" bankını müflisləşdirməyə yönəlmiş addımlar atması ittihamı ilə ona 25 min lari cərimə yazıb. Məhkəmə bundan əlavə ona 2 il 3 ay ərzində hər-hansı bir dövlət vəzifəsində çalışmasınıda qadağan edib. Bundan sonra N.Melianın deputat mandatının saxlanılması üçün Parlamentdə səsvermə keçiriləcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989