Haqqımızda Reklam
12 
Dek
2019
17:02
3
2
1447

Parlamentdə iqtidarla müxalifət arasında əlbəyaxa dava düşdü (VİDEO)

"Vahid Milli Hərəkat" partiyasının parlamentdəki fraksiya sədri Roman Goçiridze ilə "Gürcü Arzusu" partiyasının millət vəkili Daçi Beraia arasında fiziki qarşıdurma baş verib. 24News.ge xəbər verir ki, hər iki millət vəkili biri birinə fiziqi təzyiq göstərib əlbəyaxa olublar. Daçi Beraia'nın sözlərinə görə, Roman Goçiridze tərəfindən sözlü tənqidə məruz qalıb və nəticədə əsəblərini cilovlaya bilməyib. “Cəmiyyət qarşıdurmadan bezdi və bunun üçün üzr istəmək istəyirəm. Bugünkü hadisəyə gəlincə, Roman Goçiridze yalançı və axmaqdır. Bu məndən gələn təbii reaksiya idi ancaq xalqdan səmimi olaraq üzr istəyirəm. Mənə sözlü tənqid etdi. Gördüyünüz hadisə üçün bir daha ictimaiyyətdən üzr istəyərəm." - deyə Daçi Beraia bildirib. Roman Gotsiridze isə öz növbəsində baş vermiş hadisə ilə əlaqədar jurnalistlərə açıqlama verib. O, bildirib ki, “Daçi Beraia cavabını aldı. “Dachi Beraianın kim olduğunu bilməyənlər bu gün artıq əmin oldular ki, Dachi Beraia İvanişvilinin hazırladığı bu qondarma iğtişaş oyunu ilə məşhur oldu. Sosial şəbəkədə belə bir zərərsiz "yazı" yazdım ki, İvanişvili cəzalandırmaq əvəzinə üsyan etdi. Dachi Beraia indi düşünəcək ki, nə qədər irəliləsə, o qədər irəli gedə bilər ancaq düşünürəm ki, bu belə olmuyacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989