Haqqımızda Reklam
12 
Dek
2019
15:37
1
1
651

Parlamentdə insident olub, bir neçə deputatın halı pisləşib (FOTO)

Ölkə parlamentində baş verən insidentdən sonra dörd nəfərin səhhətində problem yaranıb. 24News.ge xəbər verir ki, onların ikisi deputat, digər ikisi isə parlamentin əməkdaşıdır. Tənəffüs almalarında çətinlik yaranan şəxslər xüsusi maska ilə təmin olunublar. Halı pisləşən əməkdaşlardan biri xəstəxanaya aparılıb, digərlərinə isə yerində tibbi yardım göstərilib. İnsidentə görə məsuliyyəti "Utanc" hərəkatı öz üzərinə götürüb. Hərəkat fəalları yaydıqları məlumatda qeyd ediblər ki, "mövcud sistem iylənir" elə buna görədəd iki müxalif deputat iclas zalına mənşəyi məlum olmayan və kəskin qoxuya malik maddə səpib. Gürcüstanın Daxili İşlər Nazirliyi insidentlə bağlı sağlamlığa qəsdən ciddi zərərvurma maddəsi ilə istintaqa başlayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989