Haqqımızda Reklam
12 
Dek
2019
13:31
2
1
437

Giorgi Qaxaria ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş baş tutacaq

Baş Nazir Giorgi Qaxaria GUAM sammitində iştirak etmək məqsədi ilə Ukraynaya yola düşüb. 24News.ge xəbər verir ki, bu barədə Baş Nazirin mətbuat xidmətindən bildirilib. Məlumata əsasən, Kiyevdə keçiriləcək sammitdə GUAM-a üzv hökumət başçılarının plenar iclasından sonra birgə bəyanat, həmçinin bir sıra sənədlərin imzalanması planlaşdırılır. İki günlük səfər çərçivəsində G. Qaxaria ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş də planlaşdırılıb. Rəsmi səfəri zamanı Giorgi Qaxarianı Gürcüstan xarici işlər naziri David Zalkaliani və baş nazirin beynəlxalq məsələlər üzrə müşaviri İrakli Çikovani müşayiət edəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989