Haqqımızda Reklam
11 
Dek
2019
16:22
5
3
426

Baş nazir: "Biz hamımız Gürcüstan ordusundan üzr istəməliyik"

"Biz hamımız Gürcüstan ordusundan üzr istəməliyik və əsgərlərimizin gündəlik qəhrəmanca fəaliyyətlərinə hörmət etməliyik". 24News.ge xəbər verir ki, bunu Baş nazir Giorgi Qaxaria ötən gün prezident Salome Zurabişvilinin açıqlamasını şərh edərkən bildirib. Hökumət başçsı Gürcüstan əsgərlərinin Əfqanıstanda yaralanmasına da münasibət bildirib və onlara can sağlığı və daha çox qələbə arzulayıb: "Bu gün Baqram aviabazasında baş verənlər bir daha hamıya sübut olundu ki, Gürcüstan qoşunlarının səmərəliliyi və effektivliyi günü-gündən artır. Təəssüf ki, beş yaralı əsgərimiz var. Bu, əlbəttə ki, Gürcüstan ordusunun gücünü, gələcəyini və uğurunu birbaşa göstərir".

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989