Haqqımızda Reklam
11 
Dek
2019
13:10
3
1
775

Salome Zurabişvilinin bəyanatı ölkəni qarışdırdı - Rəsmilərdən sərt açıqlamalar

Prezident Salome Zurabişvilinin Gürcüstan ordusu ilə bağlı bəyanatı narazılığa səbəb olub. 24News.ge xəbər verir ki, ölkə başçısı ötən gün Gürcüstanın nə ordusunun, nə də silahının olduğunu bildirib. S.Zurabişvili deyib ki, ölkənin böyük iqtisadi potensialı yoxdur: “Lakin bizim bilik, elm və mədəniyyət adlanan çox güclü silahımız var”. Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili dövlət başçısının fikirlərini tamamilə qəbuledilməz adlandırıb: “Gürcüstanın güclü ordusu və qəhrəman əsgərləri var. Müdafiə naziri kimi bildirmək istəyirəm ki, bizim hərbçilər ölkənin qürurlu vətəndaşlarıdırlar və mən Gürcüstan ordusunun güclənməsi üçün hər şeyi edəcəyəm”. Parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili isə vurğulayıb ki, ordu ilə bağlı açıqlamalar verərkən xüsusilə ehtiyatlı olmaq lazımdır: “Bizim ordumuz bizim qürurumuzdur. Buna görə də hamını layiqli əsgərlər haqqında danışarkən daha ehtiyatlı olmağa çağırıram. Çünki bu məsələ milli hisslər və duyğularla əlaqəlidir”. Parlamentin insan hüquqları komitəsinin sədri Sopo Kiladze isə Salome Zurabişvilinin müvafiq açıqlamasına münasibət bildirərək qeyd edib ki, prezident sadəcə fikirlərini çatdıra bilməyib. Bizim vətənimizi qoruyan bir ordumuz var. Düşünürəm ki, Salome Zurabişvili başqa bir şeyi nəzərdə tuturdu. O, yəqin ki, qurtuluşumuzun və əsas istiqamətin təhsil, elm olduğunu söyləmək istəyib". Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili dünən elm nümayəndələri qarşısında çıxış edərkən deyib: “Bizim nə ordumuz, nə də silahımız var və nə də olmayacaq. Bölgəni fəth etmək üçün böyük iqtisadi potensialımız yoxdur, amma bilik, elm, mədəniyyət adlı çox güclü bir silahımız var."

www.24news.ge