Haqqımızda Reklam
11 
Dek
2019
12:50
3
1
389

Komitə sədri: "Hamını əsgərlər haqqında daha diqqətlə danışmağa çağırıram"

"Əsgərlərimiz qürurumuzdur, buna görə hamını əsgərlərə bağlı milli hiss və duyğularıyla daha diqqətli olmağa çağırıram". 24News.ge xəbər verir ki, bunu parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili söyləyib. Komitə sədri gənclərin vətənpərvərlik tərbiyəsi üçün əsgər və zabitlərin əhəmiyyətini vurğulamağın zəruri olduğunu qeyd edib. "Prezidentin müvafiq açıqlamasının kontekstinin məzmunu təhsil və ya mədəniyyətlə müqayisə olundu. Amma fərqi yoxdur, açıqlamalarda daha diqqətli olmaq lazımdır",-deyə İ.Sesiaşvili deyib Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili dünən elm nümayəndələri qarşısında çıxış edərkən deyib: “Bizim nə ordumuz, nə də silahımız var və nə də olmayacaq. Bölgəni fəth etmək üçün böyük iqtisadi potensialımız yoxdur, amma bilik, elm, mədəniyyət adlı çox güclü bir silahımız var."

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989