Haqqımızda Reklam
11 
Dek
2019
12:34
1
0
544

Milli Bankı uçot dərəcəsini artırıb

Gürcüstan Milli Bankı uçot dərəcəsini 0,5% bəndi artıraraq 9%-ə çatdırıb. 24News.ge xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, noyabr ayında illik inflyasiya 7% təşkil edib və nominal effektiv məzənnənin azalması inflyasiyaya əhəmiyyətli dərəcədə təsir göstərir. Bu ilin sentyabr ayından etibarən Milli Bank məzənnənin dəyərdən düşməsinin inflyasiyaya təzyiqlərini neytrallaşdırmağa yönələn siyasəti sərtləşdirməyə başlayıb. Bankın proqnozuna əsasən, ölkədə inflyasiya gələn ilin martından başlayaraq azalmağa başlayacaq. Pul-kredit siyasəti Komitəsinin gələcək qərarı inflyasiyanın mübadilə kursuna təsirinin nə qədər tez azalmasından asılı olacaq. Monetar siyasət departamentinin növbəti toplantısı 2020-ci ilin yanvarın 29-na təyin olunub. Qeyd edək ki, Gürcüstanın Milli Bankı uçot dərəcəsini bu ilin sentyabrın 4-də 0,5% bəndi artıraraq 7%, sentyabrın 25-də 0,5% bəndi artıraraq 7,5%, oktyabrın 23-də isə 1% bəndi artıraraq 8,5%-ə çatdırıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989