Haqqımızda Reklam
11 
Dek
2019
10:49
3
10
1207

Salome Zurabişvili: "Nə ordumuz var, nə silahımız, nə də olmayacaq"

"Nə ordumuz var, nə silahımız, nə də olmayacaq. Hər hansı bir güclü iqtisadi gücümüz də yoxdur, misal üçün, hər hansı bir bölgəni işğal edək. Amma bilik, elm, mədəniyyət deyilən çox güclü silahlarımız var". 24News.ge İpn-a istinadən xəbər verir ki, bu fikirləri Prezident Salome Zurabişvili dünən "Gürcü dili və mədəniyyəti" adlı tədbirdə çıxışı zamanı bildirib. "Bu, bizim borcumuz və gələcəyimizdir. Bununla ya dünya üçün çox maraqlı olacağıq, ya da olmayacağıq. Nə bir ordumuz var, nə də silahımız və nə də olmayacaq. Bölgəni fəth etmək üçün o qədər böyük iqtisadi potensialımız yoxdur, amma bilik, elm, mədəniyyət adlı çox güclü bir silahımız var. Bu baxımdan bölgə çox zəngindir; dini, arxeologiyası, keçmişi və gələcəyi ilə. Hər şey özümüzə inandığımızdan başlamalıdır",-deyə S.Zurabişvili bildirib Ölkə başçısının bu çıxışı sosial media istifadəçiləri tərəfindən güclü tənqidlərlə qarşılanıb. Sosial media istifadəçiləri prezidentin fikirlərinin yersiz və mənasız olduğunu qeyd ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989