Haqqımızda Reklam
10 
Dek
2019
23:34
5
2
365

Rustavidə yenidən qəbristanlıq yanıb (VİDEO)

Rustavi şəhərində yerləşən qəbristanlıqda növbəti dəfə yanğın hadisəsi qeydə alınıb. 24News.ge xəbər verir ki, yanğın axşam saatlarında baş verib. Məlumata əsasən, məzarlıqda təmizlik işi aparan şəxsin ehtiyyatsızlığı ucbatından yanğın ağaclardan tökülmüş yarpaqlar vasitəsilə sürətli şəkildə yayılıb. Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib. Onlar yanğını nəzarət altına almağı bacarıblar. Hadisə zamanı heç bir məzarın zərər görmədiyi bildirilir. Qeyd edək ki, son 1 ayda sözü gedən məzarlıqda 3 dəfə yanğın baş verib.

www.24news.ge