Haqqımızda Reklam
10 
Dek
2019
21:57
3
0
562

Gürcüstanda Azərbaycan mədəniyyət ocaqlarına gələn il ayrılacaq vəsaitin həcmi məlum olub

Bu gün parlamentin plenar iclasında 2020-ci il üçün dövlət büdcəsi təsdiq olunub. 24News.ge xəbər verir ki, maliyyə sənədində Tbilisidə fəaliyyət göstərən Azərbaycan mədəniyyət ocaqlarına ayrılacaq vəsaitin həcmi də göstərilib. Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə mərkəzi büdcədən ayrılacaq vəsait 47 min lari həcmində müəyyən olunub. Bu məbləğin 31 min larisi əməkhaqqılarının ödənilməsi, 16 min larisi isə əmtəə və xidmətlər üçün nəzərdə tutulub. Muzey il ərzində 2 min lari həcmində qanunla icazə verilən gəlir də əldə edə biləcək. Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına isə 2020-ci ildə 145 min lari dövlət vəsaiti yönəldiləcək ki, bunun da 131 min larisi əməkhaqqıları, 14 min larisi isə əmtəə və xidmətlər üçün sərf olunacaq. Teatr il ərzində 6 min lari həcmində qanunvericiliklə icazə verilən gəlir əldə etmək imkanına da malik olacaq. Parlamentdə büdcəni təqdim edən maliyyə naziri İvane Maçavariani gələn ilin yanvarından ölkədə teatr və muzey işçilərinin əməkhaqqılarının orta hesabla 100 lari məbləğində artırılacağını da bildirib. O qeyd edib ki, 2020-ci il büdcəsində teatr və muzeylərin maliyyələşdirilməsi 5,3 milyon lari həcmində artırılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989