Haqqımızda Reklam
10 
Dek
2019
20:12
3
1
395

İşğalçı rejim tərəfindən saxlanılan 3 nəfər Gürcüstan vətəndaşı sərbəst buraxılıb

Dekabrın 7-də işğalçı rejim qüvvələri tərəfindən saxlanılan 3 nəfər Gürcüstan vətəndaşı sərbəst buraxılıb. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumata əsasən, de-fakto Çxinvali rejimi tərəfindən saxlanılan Gürcüstan vətəndaşları Kaspi rayonunun Bojami və Lamisğani kənd sakinləri imiş. Məlumata görə, onlar süni sərhəd yaxınlığındaki meşədən odun gətirərkən qondarma rejimin qüvvələri tərəfindən gözaltına alınıb və dırnaqarası sərhəd xəttini pozmaqda ittiham olunublar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989