Haqqımızda Reklam
09 
Dek
2019
22:33
0
3
1003

Gürcüstanda "donuz qripi"nə yoluxma halı qeydə alınıb

Gürcüstanda qış mövsümündə “donuz qripi” adlandırılan A (H1N1) virusuna yoluxma ilə bağlı ilk hal qeydə alınıb. 24News.ge xəbər verir ki, bu barədə Birinci kanal məlumat yayıb. Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, virusa yoluxma halı ötən həftə Batumi şəhərində qeydə alınıb. Virusa yoluxan yeniyetmə olub. Yeniyetmənin xəstəxanaya yerləşdirildiyi və artıq müalicə olunduğu bildirilib. Milli Mərkəzdən ölkədə mövsümi qripə yoluxma hallarının illik müqayisədə artdığı qeyd olunub. Xatırladaq ki, 2018-ci ildə H1N1 virusundan 20 nəfərdən çox insan dünyasını dəyişib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989