Haqqımızda Reklam
09 
Dek
2019
20:18
6
2
529

Tbilisidə "Nəsimi Poeziya Axşamı" keçirilib (FOTO)

Paytaxt Tbilisidə Mirzə Fətəli Axundzadə adına mədəniyyət muzeyində Salam platformasının mədəniyyət şöbəsinin təşkilatçılığı ilə dahi sufi şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş "Nəsimi Poeziya Axşamı"keçirilib. 24News.ge xəbər verir ki, qonaqları muzeyin direktoru, Leyla Əliyeva salamlayıb gənclərə uğurlar arzulayıb. Mərasimin davamnında Salam platformasının təsisçilərindən olan Elnur Əliyev və Kamran Məmmədov gələn qonaqlara təşkilat haqqında məlumat veriblər. Gənclər tərəfindən Nəsiminin həyat və yaradıcılığı haqqında gürcücə hazırlanmış videorolik təqdim olunub. Tədbirdə həmçinin “Sığmazam” Flaşmobu da keçirilib. Mərasimdə gənclər musiqi sədaları altında Nəsimi, Nizami, Fizuli və digər ustad şairlərin 20 klassik şeirlərini səsləndiriblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989