Haqqımızda Reklam
09 
Dek
2019
17:11
1
4
769

Qısqanc ər arvadının boğazını kəsdi — Azərbaycanda dəhşətli qətl

Azərbaycanın Qəbələ rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinən Cəsarət İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 24News.ge ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Azərbaycanın Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qeyd edək ki, hadisə bu il Azərbaycanın Qəbələ rayonunun Mirzəbəyli kəndində qeydə alınıb. Kənd sakini, 33 yaşlı Cəsarət Ağalar oğlu İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 33 yaşlı Ülviyyə Rasim qızı İbrahimovanın bıçaqla boğazını kəsib. Nəticədə çoxlu qan itirən qadın hadisə yerində ölüb. Polis əməkdaşları tərəfindən saxlanılan Cəsarət İbrahimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989