Haqqımızda Reklam
09 
Dek
2019
16:49
1
2
877

Günəşli havalar geri qayıdır - Dekabrın 15-dək olan hava şəraiti açıqlandı

Dekabrın 15-dək Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. 24News.ge Ipn-a istinadən bildirir ki, bu barədə Milli Ətraf Agentliyi məlumat verib. Verilən məlumata görə, dekabrın 13-dən etibarən bəzi yerlərdə şərq küləyi əsəcək. "Qərbi Gürcüstanın dağlıq ərazilərində havanın temperaturu +12, +17 dərəcəyə qədər yüksələcəkdir. Şərqi Gürcüstanda axşam saatlarında soyuq gündüzləri isə +6, +11-də isti olacaq. Paytaxt Tbilisiyə gəlincə hava şəraiti sabit və yağmursuz olacaq. Gün ərzində isə +9, +11 dərəcə istlik olacağı gözlənilir",-deyə verilən məlumatda qeyd olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989