Haqqımızda Reklam
09 
Dek
2019
16:36
1
2
915

Rusiyaya böyük şok - Olimpiadalarda və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub

Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin iclası keçirilib. 24News.ge xarici medialara istinadən xəbər verir ki, komitə qurumun Uyğunluq üzrə komitəsinin tövsiyəsini yekdilliklə dəstəkləyib. Bununla da Rusiya Antidopinq Agentliyi (RUSADA) WADA-nın uyğunluq statusundan məhrum edilib. Rusiya 4 il müddətində dünya çempionatlarını qəbul etmək, belə yarışların təşkili üçün sifariş vermək hüququndan məhrum edilib. Bu müddətdə Rusiya idmançıları Olimpiya Oyunları və dünya çempionatlarında öz milli bayraqları altında çıxış edə bilməyəcəklər. İcraiyyə Komitəsi həmçinin rusiyalı dövlət qulluqçuları və Olimpiya və Paralimpiya Komitəsinin rəhbərlərinin beynəlxalq idman tədbirlərini ziyarət etməsinə dördillik qadağa qoyub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989