Haqqımızda Reklam
03 
Dek
2019
13:09
5
1
577

Müxalifətin hazırladığı seçki modeli sabah Parlamentə təqdim ediləcək

"Alman seçki modelinə dayanan seçki modeli hazırladıq və bu gün Xalq müdafiəçisinə göndərdik. Qanun layihəsini sabaha qədər Parlamentdə qeydiyyatdan keçirəcəyik". 24News.ge xəbər verir ki, bu sözləri müxalif Birləşmiş müxalifətin liderlərindən biri olan və müxalif "Yeni Gürcüstan" partiyasının sədri Giorgi Vaşadze bildirib. O deyib ki, ATƏT və başqa təşkilatların müxalifət tərəfindən hazırlanmış seçki sistemi barədə hər hansı nümunələri olarsa, nəzərə almağa hazırıq. G.Vaşadze qeyd edib ki, müxalifət alman seçki modelinin Gürcüstan qanunvericiliyinə cavab verməsi üçün maksimum şəkildə çalışır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989