Haqqımızda Reklam
03 
Dek
2019
11:40
2
2
368

DİN dünən gecə saatlarında "Gürcü Arzusu"nun ofisi qarşısında baş verənlərlə əlaqədar istintaq başladıb

Daxili İşlər Nazirliyi dünən gecə saatlarında hakim "Gürcü Arzusu" partiyasının mərkəzi ofisi qarşısında baş verən qarşıdurma ilə əlaqədar istintaq başlatdığını bəyan edib. 24News.ge xəbər verir ki, istintaq 126-ci maddə əsasında aparılır ki, sözü gedən maddə güc tətbiq etməni nəzərdə tutur. Qeyd edək ki, dünən hakim partiyanın mərkəzi ofisi qarşısında "Dəyiş" və "Ayıbdır" hərəkatının üzvləri etiraz aksiyası keçirdikləri zaman hakim partiyanın tərəfdarları ilə fiziki qarşıdurma baş verib. Polis qarşıdurmalar zamanı heç kimi həbs etməyib. "Ayıbdır" hərəkatın üzvləri isə fiziki qarşıdurma zamanı hərəkatın 5 üzvünün yaralandığını bildirir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989