Haqqımızda Reklam
03 
Dek
2019
07:34
3
1
430

Gürcüstan parlamentinin vitse-spikerlərindən biri Azərbaycanla dostluq qrupuna rəhbər təyin oluna bilər

“Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupuna yeni rəhbərin təyin olunması məsələsi gündəmdədir”. 24News.ge xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin deputatı, dostluq qrupunun üzvü Mahir Dərziyev bildirib. Onun sözlərinə görə, parlamentdə vəzifələrin əksəriyyətini iqtidar mənsubları tutur: “Qanunverici orqandan istefa verən yüksək vəzifəli deputatların əksəriyyətinin yerinə artıq təyinatlar olub. Hazırda müxtəlif beynəlxalq təşkilatlarda Gürcüstan parlamentinin nümayəndə heyətləri yenidən formalaşdırılır. Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupuna rəhbər təyinatı məsələsi də hələlik qalıb”. M.Dərziyev deyib ki, Azərbaycanla münasibətlərə verilən önəmdən irəli gələrək Gürcüstan parlamentində dostluq qrupunun rəhbəri bu vaxta qədər keçmiş vitse-spiker Zviad Dzidziquri olub: “Hesab edirəm ki, bu qaydaya uyğun olaraq dostluq qrupunun rəhbəri vəzifəsinə ən nüfuzlu və ən yüksək vəzifə tutan parlament üzvü, vitse-spikerlərdən biri təyinat alacaq”. Deputat qeyd edib ki, təyinatın məsləhətləşmələrdən sonra bu ayın sonuna qədər olacağı gözlənilir. Qeyd edək ki, Z.Dzidziquri noyabrın 14-də proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanunun parlamentdə dəstəklənməməsindən sonra qanunverici orqanda tutduğu bütün vəzifələri tərk edib. O, 2016-cı ilin noyabrından parlamentin sədr müavini, 2017-ci ilin martından isə Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri olub. Hazırda Gürcüstanın parlament sədrinin 7 müavini var. Bunlar Gia Volski (birinci vitse-spiker), İrma İnaşvili, Sergi Kapanadze, İlya Nakaşidze, Mamuka Mdinaradze,Giorgi Kaxiani və Kaxa Kuçavadır

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989