Haqqımızda Reklam
02 
Dek
2019
17:16
7
3
1068

Qardabani gölündə itkin düşən balıqçıların axtarışına Azərbaycan helikopter də qoşulub (FOTO)

Gürcüstanın Qardabani rayonunda, Candargöldə itkin düşən balıqçıların axtarışlarına Azərbaycan tərəfindən helikopter də cəlb olunub. 24News.ge-nin verdiyi xəbərə görə, hazırda axtarış-xilasetmə əməliyyatında iki helikopter iştirak edir. Əldə olunan məlumata görə, axtarış-xilasetmə əməliyyatına Gürcüstan helikopteriyle birgə Azərbaycan helikopteridə cəlb olunub. Qeyd edək ki, Qardabani rayonunda yerləşən Candargöldə iki balıqçı itkin düşüb. Candargöl Azərbaycan və Gürcüstan arasındakı sərhədin tam ortasından keçir və Ağstafa rayonu ərazisində yerləşir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989