Haqqımızda Reklam
02 
Dek
2019
16:58
4
3
1156

2020-ci il Vahid Milli İmtahanlarda dəyişikliklər olunur

2020-ci il Vahid Milli İmtahanların xarici dil testində bir sıra dəyişikliklər nəzərdə tutulur. 24News.ge xəbər verir ki, bu barədə Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzi məlumat yayıb. Bildirilib ki, xarici dil testlərində iki formada dəyişiklik gözlənilir: "Xarici dil testinin ikinci tapşırığındakı mətnin düşünülməsi hissəsi dinləmək tapşırığı ilə əvəz ediləcək. Abituriyent nəzərdə tutulan video yazını dinlədikdən sonra müvafiq suallara cavab verəcək". Məlumatda qeyd edilir ki, bundan əlavə, qramatika bölməsində 10 tapşırıq əvəzinə 12 tapşırıq olacaq. Tekstin maksimum balı 80-dir, imtahanın vaxtı isə 2 saat 30 dəqiqə. Bu qayda barədə heç bir dəyişiklik nəzərdə tutulmayıb. Qeyd edək ki, dəyişikliklərin 1+4 proqramına heç bir aidiyyatı yoxdur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989