Haqqımızda Reklam
01 
Dek
2019
13:40
5
11
605

Bidzina İvanişvili: "Rusiya ilə münasibətlərdə Saakaşvilinin etdiklərini biz etməməliyik"

"Rusiyanın etdikləri dəlilikdir, ancaq bizlər Saakaşvilinin etdikləri kimi araya bir divar çəkib nifrət dilini istifadə etsək, vəziyyət heç vaxt dəyişməyəcək". 24News.ge xəbər verir ki, bunu hakim "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişvili "Blomberg" agentliyinə verdiyi müsahibədə söyləyib. Dünyaca məşhur agentlik son illərdə Gürcüstanda baş verən hadisələrlə bağlı məqalə dərc edib və hakim partiyanın lideri Bidzina İvanişvilinin müsahibəsinə də yer verib. "Blomberg" Agentliyi qeyd edir ki, Bidizna İvanişvili tərəfindən atılan addımlar Gürcüstan əhalisini küçəyə çıxmağa məcbur etdi. Bu hadisələr isə Parlament seçkilərinə 1 ildən də daha az qalmış vaxtda baş verir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989