Haqqımızda Reklam
28 
Nybr
2019
12:49
10
3
1820

SON DƏQİQƏ! Parlamentin müxalif deputatları vəzifələrindən kütləvi istefa verdilər

Parlamentin müxalif “Avropalı Gürcüstan” partiyasından olan millət vəkilləri parlament vəzifələrindən kütləvi istefa veriblər. 24News.ge-nin xəbərinə görə, millət vəkilləri artıq istefaları ilə bağlı parlamentə müraciət ediblər. Məlumata görə, "Avropalı Gürcüstan" partiyasının parlamentdəki fraksiya sədri həm parlament spikerinin müavini, həm də Təhsil, Elm və Mədəniyyət Komitəsindən istefa verib. Millət vəkili Elene Xoştaria isə İnsan haqları və Mülki İnteqrasiya komitəsindən istefa verib. Partiyanın digər üzvləri Laşa Damenia və Lela Keburia isə Regional Siyasət və Özünüidarə Komitəsindən, İrakli Abesadze və Otar Kaxidze isə Hüquqi Məsələlər Komitədən istefa verdiklərini açıqlayıblar. Maliyyə və büdcə komitəsindən də istefaların olduğu bildirilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989