Haqqımızda Reklam
20 
Nybr
2019
17:05
6
7
1731

Ukrayna Ali Məhkəməsindən Saakaşviliyə gözlənilməz qərar

Ukrayna Ali Məhkəməsi Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin işi ilə əlaqədar qərar verib. 24News.ge Ukrayna mətbuatına istinadən xəbər verir ki, Məhkəmə Mixeil Saakaşvilinin xahişlərini yerinə yetirməyib. Mövcud məlumata görə, Ukrayna Ali Məhkəməsi M.Saakaşvilinin Ukrayna Sərhəd və Miqrasiya ximdətləri və bu ölkənin Daxili İşlər Nazirliyi tərəfindən onun Polşaya zorla göndərilməsi barədə irəli sürdüyü şikayəti qəbul etməyib və eks-prezidenti ölkədən çıxarılmasını qanuni olaraq qəbul edib. Qeyd edək ki, Gürcstanın keçmiş Prezidenti Mixeil Saakaşvili 2015-ci ildə Ukrayna vətəndaşlığını qəbul edib və daha sonra Odessa bölgəsinin Qubernatoru vəzifəsində çalışıb. 2017-ci ilin 26 iyulunda isə Ukraynanın sabiq Prezidenti Petro Poroşenko onu ölkədən çıxararaq vətəndaşlığını əlindən alıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989