Haqqımızda Reklam
20 
Nybr
2019
17:01
5
4
468

Salome Zurabişvilinin hədiyyəsi Allahşükür Paşadzeyə təqdim olunub

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Görüşdə dünya dini liderlərinin II Sammitinin Bakıda keçirilməsinin əhəmiyyəti müzakirə olunub. QMİ sədri tədbirdə fəal iştiraka görə Gürcüstan tərəfinə minnətdarlığını bildirib. Görüşün sonunda Z.Pataradze A.Paşazadəni 70, onun Şeyxülislamlıq fəaliyyətinin 40-cı yubileyi münasibətilə bir daha təbrik edib. Səfir Gürcüstan prezidenti Salome Zurabişvilinin adından yüksək keyfiyyətlə nəşr olunan “Pələng dərisi geymiş pəhləvan” kitabını QMİ sədrinə hədiyyə edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989