Haqqımızda Reklam
20 
Nybr
2019
15:20
0
2
638

Parlamentdə yeni fraksiya yaradılır

Parlamentin keçmiş vitse-spikeri və Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri qanunverici orqanda yeni fraksiya yaratmaq niyyətindədir. 24News.ge xəbər verir ki, bu barədə yerli mətbuat yazıb. Z.Dzidziquri bu məqsədlə parlament çoxluğunda təmsil olunan deputatlarla məsləhətləşmələr aparır. Qanunvericiliyə əsasən, fraksiya yaradılması üçün altı deputatın iştirakı tələb olunur. Qeyd edək ki, parlament çoxluğunu tərk edən Z.Dzidziquri ötən gün parlamentin sədr müavini vəzifəsindən rəsmən istefa verib. Buna səbəb noyabrın 14-də qanunverici orqanda proporsional seçki sisteminə keçidin dəstəklənməməsi olub. Z.Dzidziquri 2017-ci ilin mart ayından Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupuna rəhbərlik edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989