Haqqımızda Reklam
20 
Nybr
2019
12:34
2
0
685

Kapanadzedən sərt sözlər: "Qulların növbəti sessiya keçirmələrinə imkan verməyəcəyik"

"Qulların növbəti sessiyalarını keçirmələrinə imkan verməmək üçün Parlamenti blokadaya almaqı düşünürük". 24News.ge xəbər verir ki, bu sözləri müxalif "Avropalı Gürcüstan" partiyasının liderlərindən biri olan millət vəkili Sergi Kapanadze jurnalistlərə müsahibəsində söyləyib. Onun sözlərinə görə, yaxın günlərdə kəskin və kritik aksiyalar həyata keçiriləcək: "Müxalifət aksiyalarını mütləq davam etdirəcək. Bizim planımıza görə aksiyalar oliqarxın (Bidzina İvanişvili) əhaliyə verdiyi sözü yerinə yetirənədək və hökumət razılığa gələnədək davam edəcək. Bazar ertəsi böyük yürüyüş təşkil edəcəyik, 26 noyabr tarixində isə Parlamentin qapılarını yenidən nəzarətə almağı düşünürük".

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989