Haqqımızda Reklam
20 
Nybr
2019
10:42
1
0
488

Türkiyəli nazirdən Gürcüstana daha bir şad xəbər

"Türkiyə ilə Gürcüstan arasındakı ticarət həcmi 1,5 milyard dollara çatıb. Bundan sonra ki, hədəfimiz, balanslı bir ticarət artımıyla 3 milyard dollarlıq ticarət həcminə çatmaqdır". 24News.ge xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan, Gürcüstanın iqtisadiyyat və davamlı İnkişaf naziri Natia Turnava ilə birlikdə Ankarada təşkil edilən Türkiyə-Gürcüstan Qarışıq İqtisadi Komissiyasının sonunda söyləyib. Gürcüstan nümayəndələrini Türkiyədə qəbul etməkdən böyük məmnuniyyət duyduğunu ifadə edən türkiyəli nazir: "Ölkələrimiz arasındakı ticarət həcmi 2018-ci ilin etibarilə 1,5 milyard dollara çatdı. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da təklif etdiyi kimi, məqsədimiz balanslı ticarət artımı ilə ticarət həcmini 3 milyard dollara çatdırmaqdır". R.Pekcan qeyd edib ki, iki ölkə arasındakı əlaqələr qarşılıqlı şəkildə davam edəcək: "İkitərəfli ticarətimizdə yerli valyutaların istifadəsini təşviq etmək üçün ölkələrimiz arasında SWAP sazişinin reallaşdırılması üçün səyləri sürətləndirərək, fikirlərimizi gürcüstanlı nazirə çatdırdıq. " Natia Turnava isə vurğulayıb ki, Türkiyə və Gürcüstanın uzun illərə söykənən iqtisadi və siyasi əlaqəsi olduğunu ifadə edərək, Gürcüstanın ən böyük ticarət tərəfdaşı Türkiyə olduğunu söyləyib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989