Haqqımızda Reklam
18 
Nybr
2019
21:02
6
7
1070

Arçil Talakvadze: ''Qırıq zəncir və kilidi müxalifətə qaytarıram''

''Müxalifətin simvolik adlandırdığı kilidi qırıq zəncirlə birlikdə onlara geri qaytarıram'' 24News.ge xəbər verir ki bu barədə hal hazırda baş tutan Parlamentin büro iclasında qanunverici orqanın sədri Arçil Talakvadze bildirib. ''Müxalifət liderlərinin bir qismi canlı yayımda Parlamentin giriş qapılarına kilid vurdular. Bu insanların kimlər olduqlarını cəmiyyətin nəzərinə çatdırmaq istəyirəm. Onlar öz idarəçilik dövrlərində həmin kilidi insan haqqlarına, mediaya, özəl mülkə, dövlət aparatlarına və ölkənin azadlıq ideasına vurmuşdular. Onlar şəxsiləşdirilmiş media vasitələrilə cəmiyyətə ölkədə azadlığın olduğunu deyirdilər. Onlar bu gün də eyni addım ataraq Parlamentin qapılarıı kilidləmək istıyirlər. Simvolik olaraq bu qırıq zəncir və kilidi onlara təqdim etmək istıyirəm. Bu simvol onların vətəndaşlara və dövlətə qarşı olan baxışlarını ifadə edir'',- deyə A.Talakvadze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989