Haqqımızda Reklam
09 
Nybr
2019
17:15
3
3
511

Polis "Amirani" kinoteatrı qarşısında yenidən canlı sədd yaradıb

Bugün "Amirani" kinoteatrında yayımlanması planlaşdırılan "Və biz rəqs etdik" filminə etiraz edən radikal qrupların qarşısını almaq məqsədilə polis sözügedən kinoteatr binasının qarşısında canlı sədd qurub. 24News.ge xəbər verir ki, hüquq mühafizə orqanların nümayəndələri bu gün gözlənilən gərginliyin qarşısını almağa çalışırlar. Qeyd edək ki, Tbilisi və Batumidəki kinoteatrlarda yayımına başlanılan, homoseksual cütlükdən bəhs edən "Və biz rəqs etdik" filmi bəzi qüvvələr tərəfindən birmənalı qarşılanmayıb. Dünən gecə Tbilisinin "Amirani" kinoteatrı qarşısına toplanan radikal təşkilat "Gürcü Marşı" və Levan Vasadzenin tərəfdərları polis səddini keçərək kinoteatrda yayımlanan filmi dayandırmağa cəhd ediblər. Dünən baş verən qarşıdurmalar zamanı polis qanunun tələbinə uymayan onlarla etirazçını saxlayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989