Haqqımızda Reklam
08 
Nybr
2019
20:30
8
1
1216

Son Dəqiqə! Tbilisidə baş verənlərlə bağlı ABŞ səfirliyindən qəzəbli bəyanat

Bu gün Tbilisidiə yayımlanan "Və biz rəqs etdik" (And Then We Dance) film və paytaxta baş verən qarşıdurmalarla əlaqədar Gürcüstandakı ABŞ səfirliyi bəyanat yayır. 24News.ge xəbər verir ki, ABŞ səfirliyi bu tərz qarşıdurmalardan və orada Amerika əleyhinə səsləndirilən bəyanatlardan narahatlığını ifadə edir. "Müxtəlif qruplar 8-10 noyabrda yayımlanmalı "And Then We Dance" filminin işıq üzü görməsinə etiraz edirlər. Həmin qruplar LBGT əleyhinə çıxan və iyun ayında Tbilisidə planlaşdırılan LBGT paradına qarşı aksiyalar təşkil edənlərdirlər. Onlar tərəfindən son dövrələrdə Anti-Amerika və yalan bəyanatlar verilərək qeyd edilir ki, ABŞ və qərb ölkələri filmin Gürcüstanda yayımlanmasını istəyiblər",-deyə bəyanatda deyilir. ABŞ səfirliyi səsləndirilən anti-qərb və anti-Amerika fikirlərindən narahatlıq duyduğunu bildirir. ABŞ-ın Gürcüstandakı səfirliyi eyni zamanda Tbilisidəki etirazlarla bağlı ölkə vətəndaşlarına xəbərdarlıq edib. Diplomatik nümayəndəlik ABŞ vətəndaşlarını kütləvi aksiyalar olan ərazilərdən uzaq olmağı tövsiyə edib. Qeyd edək ki, 8-10 noyabr tarixində paytaxt Tbilisi və Batumidə yayımlanacaq LGBT mövzusundandakı “Və sonra biz rəqs etdik” (“And Then We Danced”) filmi "Gürcü Marşı" və tərəfdardarları tərəfindən böyük etirazla qarşılanıb. Hazırda paytaxtda Amiran kinoteatr salonu qarşısında izdihamlı aksiya keçirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989