Haqqımızda Reklam
08 
Nybr
2019
19:33
13
2
2459

Son Dəqiqə! Tbilisi qarışdı - FOTO

8, 9 və 10 noyabr tarixində Tbilisidə və Batumidəki kinoteatrlarda yayınlanması planlaşdırılan "Və biz rəqs etdik" (And Then we Danced) film ətrafında ciddi qarşıdurmalar baş verir. 24News.ge xəbər verir ki, hal-hazırda paytaxt Tbilisidə filmin təqdim ediləcəyi kinoteatrların qarşısında gərginlik hökm sürür. Gürcüstanlı rejisor Levan Akina tərəfindən lentə alınmış "Və biz rəqs etdik" filmi gey cütlüyün hekayəsindən bəhs edir. Filmin mövzusu Gürcüstanda bəzi qurumlar, xüsusilə radikal birləşmələr tərəfindən birmənalı qarşılanmayıb və onlar filmin yayımına imkan verməyəcəklərini açıqlayıblar. Hal-hazırda paytaxt Tbilsinin "Amiran" kinoteatrı qarşısında radikal qrup "Gürcü Marşının" yüzlərlə dəstəkçisi toplaşıb və onlar kinoteatra daxil olaraq filmin yayımına mane olmağa cəhd edirlər. Hadisə yerinə çox sayda hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. "Amiran" kinoteatrından əlavə paralel aksiyalar Tbilisidə və Batumidəki digər kinoteatırlar qarşıaında da keçirilir. Qeyd edək ki, gey cütlüyün hekayəsindən bəhs edilən "Və biz rəqs etdik" filmi Oskar lauriyatına namizəd olaraq göstərilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989