Haqqımızda Reklam
08 
Nybr
2019
19:10
4
1
648

Millət vəkili Parlamentə gürcü xəngəli gətirdi

Müxalif "Vahid Milli Hərəkat" partiyasının üzvü və fraksiya sədri Roman Qoçiridzə ölkənin parlament binasına gürcü xəngəli apararaq yeyib. 24News.ge xəbər verir ki, Roman Qoçiridze bu hərəkəti edərək Baş prokuror Şalva Tatumadzeylə bağlı verdiyi sözü yerinə yetirdiyini bildirib. "Bu gün hakimlərin seçim prosesi sona çatdı. Mən bəyan etmişdim ki, hər hansı bir şəxs universiteti baş prokuror cənab Şalva Tatumadzeylə birgə bitirdiyinə dair arayışla ortaya çıxarsa, ona xəngəl qonaqlığı verəcəm. İki ay ərzində Tatumadzenin heç bir qrup yoldaşı üzə çıxmadı, ancaq müəyyən yalan cəhdlər oldu. Bəziləri o dərəcə profesional formada aldatmağa çalışdı ki, onları xəngəl qonaqlığına dəvət etmək qərarına gəldim",-deyə Fraksiya sədri deyib. Qeyd edək ki, hal-hazırkı Baş prokuror, həmçinin müddətsiz məhkəmə hakimliyinə namizəd Şalva Tatumadze ali məktəb diplomu barədə müəyyən iddialar ortaya çıxmışdır. Tatumadze isə bu iddiaları qəbul etməyərək, diplomunun həqiqi olduğunu və bunu rəsmi olaraq təstiqlədiyini bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989