Haqqımızda Reklam
22 
Okt
2019
15:54
3
0
533

Ərdoğan və Putin Soçidə görüşdülər - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə görüş baş tutub. 24News.ge “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşün mətbuata açıq hissəsində danışan Putin Suriyadakı vəziyyət fonunda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla məsləhətləşmələrin vacib olduğunu bildirib. Görüş zamanı Putin bildirib ki, Ankara ilə Moskva arasındakı münasibətlərinin son illərdə yüksəldiyi səviyyə bölgədəki problemlərin həllinə kömək edəcək və xüsusilə Suriya məsələsində məsləhətləşmələr çox önəmlidir. Ərdoğan isə öz növbəsində Putinlə görüşü Suriyada sülhü daha fəal müzakirə etmək üçün bir fürsət kimi qiymətləndirib. Qeyd edək ki, ölkə liderləri arasında əsas müzakirə mövzusunun Suriya və regional məsələlərin olacağı bildirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989