Haqqımızda Reklam
22 
Okt
2019
15:25
1
1
475

Gürcüstan və Avstriya prezidentləri Yaponiyada görüşüblər

Tokyoda Yaponiya imperatorunun taxta çıxmaq mərasiminə qatılan Gürcüstan prezidenti Salome Zurabişvili bu ölkədə sözü gedən mərasimdə iştirak edən Avstriya prezidenti Aleksandr Van Der Belenlə bir araya gəlib. 24News.ge Gürcüstan Prezident Administrasiyasına istinadən xəbər verir ki, görüş qısa müddət öncə Tokyoda baş tutub. Məlumata əsasən, tərəflər iki ölkə münasibətlərini, Gürcüstanın Avrointeqrasiya və vizasız rejim məsələlərini müzakirə ediblər. Bundan əlavə, Gürcüstan prezidenri avstriyalı həmkarına işğal altındakı ərazilər və son baş verən gərginliklər barədə də ətraflı məlumat verib. Görüşdə tərəflər iqtisadi əlaqələrin inkişaf perspektivlərini də müzakirə ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989