Haqqımızda Reklam
22 
Okt
2019
14:19
9
1
494

Qumar və uduşlu oyunların reklamı birdəfəlik qadağan edilə bilər

Gürcüstan Parlamentinin üzvü Levan Qoqiçiaşvili "Şans oyunlarının reklamının qadağası" haqqında yeni qanun layihəsi hazırlayıb. 24News.ge "Biznepressnews" xəbər portalına istinadən bildirir ki, bi haqqda deputat öz müsahibəsində bildirib. Onun sözlərinə görə, qanun layihəsini artıq 21 oktyabr tarixində qeydiyyatdan keçirib və qüvvəyə minməsi üçün parlamentin dəstəyinə ehtiyyacı var. Deputat bildirib ki, öncəki qanun layihəsi şans oyunları ilə bağlı reklam banerlərinin dini, təhsil, tibb müəssiələribdən, mədəniyyət və idman obyektlərindən 100 metr yaxınlığında yerləşdirilməsinin qadağan edilməsini nəzərdə tuturdusa, onun hazırladğı qanun layihəsi qumar və digər uduşlu oyunların reklamının birdəfəlik qadağan edilməsini nəzərdə tutur. Qoqiçaişvili qeyd edib ki, bu tipli oyunların reklamı bütünlüklə qadağan edilməli və cəmiyyət bunu bir trend olaraq qəbul etməməlidir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989