Haqqımızda Reklam
22 
Okt
2019
13:41
1
0
471

Ərdoğan: “Terrorçular Suriyanın şimalını tərk edirlər”

“Barış bulağı” hərəkatı çərçivəsində Suriyanın şimal ərazilərində 2200 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib. Hazırda ümumilikdə 160 qəsəbə nəzarətimiz altındadır”. 24News.ge türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, indiyədək 775 terrorçu zərərsizləşdirilib, Türkiyə ordusunun 7 əsgəri, ölkənin 20 vətəndaşı və Azad Suriya Ordusunun 79 hərbçisi həyatını itirib. Ərdoğanın sözlərinə görə, indiyə kimi 700-800 terrorçu Suriyanın şimalını tərk edib. Qeyd edək ki, ABŞ-la əldə edilən razılığa əsasən, Türkiyə şimali Suriyada apardığı əməliyyatları 5 gün müddətində dayandırıb. Bunun əsasında Türkiyə PKK/ YPG-nin Türkiyə sərhəddindən 32 km cənuba doğru çəkilməsini tələb edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989