Haqqımızda Reklam
22 
Okt
2019
13:03
1
0
452

Çinli rəsmi: "Gürcüstanla ticarət dövriyyəmiz 1 milyard Dolları ötüb"

"Ötən il ərzində Çin və Gürcüstan arasında ticarət dövriyyəsi 1 milyard, 2019-cu ilin birinci yarısında isə artıq 900 milyon dolları ötüb" 24News.ge xəbər verir ki, bu haqqda Tbilisidə keçiriən "Tbilisi İpək Yolu Forumu" çərçivəsində çıxış edən Çin Xalq Respublikasının Avrasiya regionu üzrə rəsmi nümayəndəsi, Liu Hui bildirib. Çinli rəsmi Gürcüstan və Çin Xalq Respublikası arasında imzalanmış azad ticarət sazişinin önəmini də vurğulayıb. "Bilirik ki, Gürcüstan Avropa və Asia arasında arasındakı ən qısa marşurutdur. Əminəm ki, bu günkü forum çox faydalı olacaq və müxtəlif ölkə rəsmiləri əməkdaşlıq perpektivlərini müzakirə edəcəklər",- deyə Liu Hui bildirib Qeyd edə ki, bu gündən etibarən start götürmüş "Tbilisi İpəl Yolu Forumu"nda 60 ölkənin 2000-dən artıq nümayəndəsi iştirak edir. Forunun açılışını Gürcüstanın baş naziri Giorgi Qaxaria həyata keçirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989