Haqqımızda Reklam
22 
Okt
2019
12:28
2
0
2245

Pasportunu itirən şəxslərin nəzərinə! - qaydalar dəyişir

Ədliyyə Nazirliyinin itirilmiş pasportların yenisi ilə əvəz edilmə proseduru haqqında qəbul etdiyi yeni qaydalar 1 noyabr tarixindən etibarən qüvvəyə minəcək. 24News.ge xəbər verir ki, dəyişikliyin əsas səbəbi itirilmiş pasportlardakı şəxsi məlumatların vətəndaşlar əleyhinə müxtəlif məqsədlər üçün istifadəsinin qarşısının alınmasıdır. Belə ki, yeni nizamnaməyə əsasən, Gürcüstan vətəndaşı pasportunu itirəcəyi təqdirdə necə ki, Gürcüstanda həmçinin, ölkədən kənarda mütləq şəkildə səlahiyyətli orqanları bu haqqda xəbərdar etməli və onlardan pasportu itirdiyi və ya oğurlatdırdığı haqqında şikayətinə dair arayış almalıdır. Daha sonra, bu arayışı yeni pasport alacağı zaman Ədliyyə evinə təqdim etməlidir. Ölkədən kənarda olan Gürcüstan vətəndaşları üçün isə proses Gürcüstanın xaricdəki səfirlik və ya baş konsulluqlarında həyata keçiriləcək. Pasportun itirilməsinə dair müvafiq sənədləri təqdim etdikdən sonra, vətəndaşın köhnə pasportu bloklanır və şəxsi məlumatlar standartların qorunması şəklində yeni pasporta köçürülür. Ədliyyə nazirliyi bu qaydanın əsas məqsədinin Gürcüstan vətəndaşlarının şəxsi məlumatlarının qorunması və həmçinin Şengen bölgəsinə səfər edən bəzi vətəndaşların müxtəlif məqsədlərdən dolayı iki pasport gəzdirməsinin qarşısının alınması üçün atıldığını qeyd edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989